İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın Qəzza zolağındakı daxili təhlükəsizlik qurumunun rəhbəri Naim Əbu Nəhlin İsrail ordusunun zərbəsi nəticəsində öldürüldüyünü açıqlayıb.
"The Times of Israel" nəşrinin məlumatına görə, Netanyahu və İsrailin müdafiə naziri İsrail Kats noyabrın 24-də, çərşənbə axşamı yaydıqları birgə bəyanatda Əbu Nəhlin Qəzza şəhərinin qərbinə endirilən zərbə zamanı hədəfə alındığını bildiriblər.
Qəzzada HƏMAS-ın idarə etdiyi Daxili İşlər Nazirliyi də 50 yaşlı rəsminin öldürüldüyünü təsdiqləyib.
Əbu Nəhl ötən sentyabrda HƏMAS-ın daxili təhlükəsizlik qurumunun sabiq rəhbəri Muin əl-Ərbidin həbs edilməsindən sonra bu quruma rəhbərliyi öz üzərinə götürmüşdü.