İslam Respublikası qonşu ölkələri xəbərdar edib ki, ABŞ onların ərazisindən İrana qarşı əməliyyatlar üçün istifadə etməyə davam edərsə, Tehran bu ölkələrin özlərinə hərbi hücumu yolverilən hesab edir. Bu təhdid İslam Respublikası Xarici İşlər Nazirliyinin çərşənbə günü, 27 aban (18 noyabr) tarixində yaydığı bəyanatda yer alıb. Nazirlik bəyanatda region dövlətlərini öz ərazilərindən ABŞ əməliyyatlarının planlaşdırılmasının, hazırlanmasının və həyata keçirilməsinin qarşısını almağa çağırıb.
Xarici İşlər Nazirliyi daha sonra iddia edib ki, Tehran indiyədək «qonşuluq mülahizələri» səbəbindən «maksimum təmkinlə» davranıb. Qurumun iddiasına görə, İslam Respublikasının bu ölkələrin ərazisindəki hücumları yalnız ABŞ-ın hərbi bazalarını və aktivlərini hədəf alıb, region dövlətlərinin özlərinə isə heç bir zərər vurmayıb.