ABŞ Prezidenti Donald Tramp yaxın gələcəkdə İranla qarşıdurmaya son qoymaq niyyətində olduğunu bildirib. O iddia edib ki, Tehran razılaşma əldə etmək istəyir, lakin Vaşinqton davamlı və uzunmüddətli razılaşmaya can atır.
"Fox News"un məlumatına görə, Tramp telekanala müsahibəsində İran məsələsini tezliklə həll edəcəyini vurğulayıb.
O deyib: "Bəli, bu məsələni başa çatdıracağam, özü də tezliklə. Hansı yolla olursa-olsun, bu problemi həll edəcəyik. Onlar razılaşma əldə etmək istəyirlər, amma bizə uzunmüddətli razılaşma lazımdır".