İslam Respublikası parlamentinin sədri Məhəmmədbağır Qalibafın strateji müşaviri Mehdi Məhəmmədi noyabrın 24-də, çərşənbə axşamı bəyan edib ki, İslam Respublikası İranın hərbi mühasirəsi adlandırdığı vəziyyətə cavab verəcək. Onun sözlərinə görə, hərbi addım Tehranın bu vəziyyətə qarşı mübarizədə əsas variantlarından biridir.
Məhəmmədi Birləşmiş Ərəb Əmirliklərini bu mühasirənin əsas aktorlarından biri adlandırıb, Küveyt və Bəhreyni də prosesə cəlb olunmuş ölkələr kimi qeyd edib.
O, «Hörmüz boğazından neft qaçaqmalçılığı» adlandırdığı fəaliyyətə toxunaraq iddia edib ki, bu fəaliyyətin mexanizmi İranın mühasirəsi ilə eynidir və mühasirəyə zərbə endirmək həm də neft qaçaqmalçılığı axınının hədəfə alınması deməkdir.
Qalibafın strateji müşaviri vurğulayıb ki, mühasirənin yarılmasının zəruriliyi ilə bağlı fikir ayrılığı yoxdur, İslam Respublikası mühasirəyə cavab verəcək və bu məqsədlə hazırlıqlar hələ də davam edir.