Parlamentin energetika komissiyasının sədr müavini Məhəmməd Kəb Ömeyrin sözlərinə görə, bir litr benzin üçün 70 min tümən qiymət hələ ki, ehtimal səviyyəsindədir. O, bazar ertəsi parlamentin hazırkı şəraitdə benzinin bahalaşmasına qarşı olduğunu iddia edib.
Deputat əlavə edib ki, belə bir qiymətin yerli istehsal olan «keyfiyyətsiz» avtomobillər, yoxsa idxal olunan avtomobillər üçün nəzərdə tutulduğu hələ məlum deyil. Kəb Ömeyrin fikrincə, bu sahədə istənilən qərar qanuni mərhələlərdən keçməli və parlamentdə müzakirə olunmalıdır.
70 min tümən rəqəmini əvvəllər hökumətin özü səsləndirmişdi. Hökumətin sözçüsü Fatimə Mühacirani benzinin «üçüncü qiyməti» ilə bağlı hələ yekun qərar verilmədiyini bildirməklə yanaşı, bir litr benzinin maya dəyərinin «təxminən 70 min tümən» olduğunu demişdi.