Üç analitik mərkəz bu layihəni DF-15 raketlərindən Çinin DF-21 sinfinə aid raketlərə keçid kimi qiymətləndirir. DF-21-in uçuş məsafəsi Tehrana çatır. Bu zavodun qazıntı işlərinə 2025-ci ilin yazında, müharibədən on ay əvvəl başlanılıb.
Reuters agentliyinin yazdığına görə, Ər-Riyad bu il anlayıb ki, ABŞ ona Tehrana qarşı çəkindirici silah satmayacaq, önləyici raketləri də tez bir zamanda əvəz etməyəcək. Hesabatda ehtimal olunur ki, buna cavab olaraq ABŞ Senatı nüvə sazişində Səudiyyə Ərəbistanına uranı zənginləşdirmə hüququ verməyə bilər.