ArazNews
Ana Səhifə / Bölgə / İranın Azərbaycanın daxili işlərinə müdaxiləsi bitmək bilmir: Talışın cümə imamı azərbaycanlı qızları İranda təhsil almağa dəvət edib
Bölgə

İranın Azərbaycanın daxili işlərinə müdaxiləsi bitmək bilmir: Talışın cümə imamı azərbaycanlı qızları İranda təhsil almağa dəvət edib

İranın Azərbaycanın daxili işlərinə müdaxiləsi bitmək bilmir: Talışın cümə imamı azərbaycanlı qızları İranda təhsil almağa dəvət edib

Talış şəhərinin cümə imamı Müctəba Nurzad açıqlamasında Azərbaycan Respublikasının qızlarını təhsillərini davam etdirmək üçün bu şəhərə gəlməyə dəvət edib.

Bu açıqlamalar İslam Respublikasının qadın hüquqları sahəsindəki siyasətinin, o cümlədən məcburi hicabın və qadınların fərdi və ictimai azadlıqlarına qoyulan məhdudiyyətlərin, eləcə də milyonlarla azərbaycanlı türkün ana dilində təhsil almasına qoyulan qadağanın daim tənqid hədəfi olduğu bir vaxtda səslənir.

Bununla əlaqədar Azərbaycan Respublikasında fəaliyyət göstərən media orqanlarından biri bu dəvəti «həyasızcasına» atılmış addım kimi qiymətləndirib və yazıb ki, İran rejimi azərbaycanlı qızları dəvət etməzdən əvvəl İranda təhsil azadlığının, geyim seçiminin və qadın hüquqlarının vəziyyəti ilə bağlı cavab verməlidir.