Təhsil naziri Əlirza Kazımi bildirib ki, müəllimlərin işə qəbulu üzrə imtahan tədris ilinin başlanmasına qədər keçirilməyib və məktəblərə kadr cəlbi pozulub. İLNA-nın məlumatına görə, o, bu vəziyyətin səbəbi kimi «müharibə şəraitini» göstərib.
Ötən illərdə hər il bu yolla 25-30 min müəllim məktəblərə cəlb olunurdu. Bu il hərbi xidmətini müəllim kimi keçən əsgərlər («əsgər-müəllimlər») üçün nəzərdə tutulan 5 min nəfərlik kvota da ayrılmayıb. Kazımının sözlərinə görə, müəllim çatışmazlığı xüsusilə kənd və ucqar məktəblərdə daha da kəskinləşib.
Nazir eyni zamanda son iki müharibənin hakimiyyət versiyasının dərsliklərə daxil edildiyini açıqlayıb. Bu dəyişikliklər müdafiə hazırlığı, ictimai elmlər və müasir tarix dərsliklərində tətbiq olunub. Gələn ilin tədris məzmununun da daha geniş şəkildə yenidən nəzərdən keçirilməsi planlaşdırılır.