ArazNews
Ana Səhifə / Bölgə / BVF hesabatı: Türkiyə 40 ölkə arasında maliyyə şəffaflığı üzrə ön sıralardadır
Bölgə

BVF hesabatı: Türkiyə 40 ölkə arasında maliyyə şəffaflığı üzrə ön sıralardadır

BVF hesabatı: Türkiyə 40 ölkə arasında maliyyə şəffaflığı üzrə ön sıralardadır

Beynəlxalq Valyuta Fondu (BVF) maliyyə şəffaflığı ilə bağlı yeni hesabatında Türkiyənin son 10 ildə bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə etdiyini açıqlayıb. Ölkə qiymətləndirilən təxminən 40 ölkə arasında yüksək yerlərdə qərarlaşıb. Böyük Britaniya, Finlandiya, İrlandiya, Avstriya və Portuqaliya da bu siyahıda yer alıb.

Bu qiymətləndirmə maliyyə statistikasını, büdcənin idarə olunmasını, maliyyə risklərinin idarə edilməsini və hökumətlərin hesabatlılığını ölçür. Fond bu irəliləyişi maliyyə statistikasının təkmilləşdirilməsi, nəticəyönümlü büdcələşdirmə və dövlət sektoru üçün beynəlxalq mühasibat uçotu standartlarının tətbiqi kimi islahatların nəticəsi kimi dəyərləndirir.

Fondun 2000-ci ildə apardığı ilk araşdırma büdcənin hazırlanması və icrasında çatışmazlıqları, eləcə də maliyyə risklərinin kifayət qədər açıqlanmamasını üzə çıxarmışdı. 2015-ci ildə aparılan qiymətləndirmə isə hüquqi bazanın gücləndirildiyini və maliyyə hesabatlarının əhatə dairəsinin genişləndiyini ortaya qoyub.