ArazNews
Ana Səhifə / İran / CENTCOM: İranın blokadası çərçivəsində 125 gəminin marşrutunu dəyişdik; «George Bush» təyyarədaşıyan gəmisi əməliyyata qoşulub
İran

CENTCOM: İranın blokadası çərçivəsində 125 gəminin marşrutunu dəyişdik; «George Bush» təyyarədaşıyan gəmisi əməliyyata qoşulub

CENTCOM: İranın blokadası çərçivəsində 125 gəminin marşrutunu dəyişdik; «George Bush» təyyarədaşıyan gəmisi əməliyyata qoşulub

ABŞ ordusunun Mərkəzi Komandanlığı bildirib ki, İslam Respublikasına qarşı tətbiq edilən dəniz blokadasının qaydalarına əməl olunmasını təmin etmək üçün indiyədək 125 ticarət gəmisinin marşrutunu dəyişib.

CENTCOM X sosial şəbəkəsində açıqlayıb ki, «USS George H. W. Bush» təyyarədaşıyan gəmisi də Ərəb dənizində bu əməliyyatın icrasına dəstək verir.

CENTCOM həmçinin SEPAH-ın yüksək rütbəli komandirlərindən birinin İslam Respublikasının Hörmüz boğazı üzərində «tam nəzarət» etdiyi barədə iddiasını rədd edib. Komandanlıq qeyd edib ki, son aylarda minlərlə gəminin bu su yolundan keçməsi və oradan 1 milyard bareldən çox neftin daşınması Tehranın boğaza tam nəzarət etmədiyini göstərir.