ArazNews
Ana Səhifə / İran / Netanyahu BMT-də: Tezliklə İranda «heyrətamiz bir hadisə» baş verəcək
İran

Netanyahu BMT-də: Tezliklə İranda «heyrətamiz bir hadisə» baş verəcək

Netanyahu BMT-də: Tezliklə İranda «heyrətamiz bir hadisə» baş verəcək

İsrailin baş naziri BMT Baş Assambleyasındakı çıxışının davamında tədbirin keçirildiyi yerin qarşısında toplaşan etirazçıları və onun sözlərinə etiraz olaraq zalı tərk edən nümayəndələri tənqid atəşinə tutub, onları İrandakı repressiyalar qarşısında susmaqda ittiham edib.

Netanyahu etirazçılara müraciətlə deyib: «İranın diktatorları on minlərlə silahsız mülki iranlını qətlə yetirib yaralayanda siz harada idiniz? Minlərlə öz vətəndaşlarını qətlə yetirib yaralayanda siz harada idiniz?»

O, daha sonra etirazçıların İrandakı repressiyalara cavab olaraq kütləvi nümayişlər və ya aclıq aksiyası keçirib-keçirmədiklərini, İranın BMT-dəki nümayəndəliyi qarşısında etiraz edib-etmədiklərini soruşaraq əlavə edib: «Xeyr, belə bir şey etmədiniz, çünki siz saxta insan haqları etirazçılarısınız.»

İsrailin baş naziri daha sonra sözlərini İslam Respublikasının gələcəyi ilə əlaqələndirərək bildirib: «Sizin susqunluğunuza, sizin ikiüzlülüyünüzə baxmayaraq, İranda heyrətamiz bir hadisənin baş verməsi sadəcə zaman məsələsidir. Xalqın gücü hakimiyyətdə olanlara qalib gələcək.»

Netanyahu sonda iştirakçılara müraciətlə deyib: «Bir gün, bəlkə də o gün çox da uzaqda deyil, İran xalqı azad olacaq.» O, İslam Respublikasının öz «yalanları, korrupsiyası və amansızlığı» nəticəsində süqut edəcəyini iddia edərək əlavə edib: «Hamımız o günü bayram edəcəyik.»