Xalq Mübarizləri Cəbhəsi bildirib ki, hökumət qüvvələri 1 Mehr (23 sentyabr), çərşənbə günü qruplaşmanın Saravanda yerləşdiyi məntəqələrdən birinə hücum edib. Qruplaşmanın sözlərinə görə, toqquşma günortadan başlayıb və saatlarla davam edib. Cəbhə mühasirəyə düşən üzvlərinə kömək üçün dəstək qüvvəsi göndərib.
Qruplaşma onlarla hökumət qüvvəsinin öldürüldüyünü və yaralandığını iddia edib. Cəbhənin məlumatına görə, öldürülənlər arasında «Səccad» əməliyyat qərargahının komandiri Hüseyn Zərifi və bu qərargahın kəşfiyyat üzrə müavini Əhməd Hərati Zəraəti də var. Xalq Mübarizləri Cəbhəsi bu toqquşmada dörd üzvünü də itirdiyini açıqlayıb.
Eyni zamanda, SEPAH Saravandakı Razi xəstəxanasına nəzarəti ələ keçirib və bu xəstəxanaya onlarla yaralı çatdırılıb. Bölgədə internet kəsilib, sakinlərdən evdə qalmaları tələb olunub.