SEPAH-a yaxın «Fars» xəbər agentliyinin məlumatına görə, Məhəmmədi bildirib ki, yerli brendlərin dünyada tanınmış ticarət nişanları ilə rəqabətdə zəif olması səbəbindən alıcıların bir hissəsi hələ də zəmanətsiz və qaçaqmalçılıq yolu ilə olsa belə, xarici brendli mal almağa hazırdır.
Onun sözlərinə görə, bəzi hallarda İran məhsulu əvvəlcə sərhəd bölgələrinə aparılır, sonra onun qablaşdırması və nişanı dəyişdirilir və həmin mal xarici brend adı ilə ticarət nişanına görə iki-üç dəfə artıq pul ödəməyə hazır olan alıcılara satılır.
Bu açıqlamalar istehlakçıların bir hissəsinin yerli brendlərə etimadsızlığını və İranın məişət texnikası bazarındakı qarışıqlığı əks etdirir. Bu bazar eyni zamanda idxal məhdudiyyətləri, qaçaqmalçılıq və alıcılıq qabiliyyətinin azalmasının təzyiqi altındadır.