ArazNews
Ana Səhifə / İran / Xarici uçuşların dayandırılması genişlənib: Nəcəf də İrandan uçuşlara bağlanıb
İran

Xarici uçuşların dayandırılması genişlənib: Nəcəf də İrandan uçuşlara bağlanıb

Xarici uçuşların dayandırılması genişlənib: Nəcəf də İrandan uçuşlara bağlanıb

SEPAH-a yaxın "Fars" və "Tasnim" agentliklərinin məlumatına görə, Nəcəf hava limanı İranla bağlı gələn və gedən uçuşların cümə günü saat 02:00-dan etibarən ləğv edildiyini açıqlayıb. Tehranın Xomeyni hava limanının saytında da cümə səhəri Nəcəfə uçuşlar "ləğv edilib" kimi göstərilib.

Bu hadisə İran aviaşirkətlərinin Bağdada uçuşlarının da dayandırılmasından və Birləşmiş Ərəb Əmirliklərinin cümə axşamı İran təyyarələrinin uçuşlarını dayandırmasından sonra baş verir.

Yayılan məlumatlara əsasən, ABŞ Maliyyə Nazirliyi mehr ayının 1-dən (23 sentyabr) İranın bütün aviaşirkətlərini sanksiyalara daxil edib, onlara bəzi xidmətlərin göstərilməsini isə ikincili sanksiyalar riski altına salıb. ABŞ-ın maliyyə naziri Skott Bessent də İran təyyarələrinin xarici uçuşlarının 80-90 faizindən çoxunun dayandırıldığını iddia etmişdi.