ArazNews
Ana Səhifə / İran / Raskda silahlı hücum: bir polis əməkdaşı öldürülüb, valilik rəsmisi «xüsusi heç nə baş verməyib» deyib
İran

Raskda silahlı hücum: bir polis əməkdaşı öldürülüb, valilik rəsmisi «xüsusi heç nə baş verməyib» deyib

Raskda silahlı hücum: bir polis əməkdaşı öldürülüb, valilik rəsmisi «xüsusi heç nə baş verməyib» deyib

Sistan və Bəlucistanın Rask şəhərinin girişindəki Əhmədabad nəzarət-buraxılış məntəqəsinə silahlı hücum nəticəsində hüquq-mühafizə qüvvələrinin bir əməkdaşı öldürülüb. Buna baxmayaraq, valiliyin təhlükəsizlik üzrə müavini hücumun «dəf edildiyini» və «heç bir xüsusi hadisə baş vermədiyini» açıqlayıb.

Sistan və Bəlucistan polisinin informasiya mərkəzi öldürülən əməkdaşın «birinci dərəcəli çavuş Əlirza Sənçuli» olduğunu bildirib.

Valiliyin təhlükəsizlik və hüquq-mühafizə məsələləri üzrə müavini Əli Xəlilabadi də İRNA-ya deyib ki, silahlı şəxslər çay tərəfdən nəzarət-buraxılış məntəqəsinə atəş açıblar və təhlükəsizlik qüvvələrinin cavab tədbirlərindən sonra geri çəkiliblər.