İran rejimi hökumətinin sözçüsü Fatimə Mühacirani bu gün, sentyabrın 30-da, çərşənbə günü Tehranın ABŞ-dan təklif aldığını açıqlayıb. Onun sözlərinə görə, Abbas Əraqçi bu təklifi hökumət iclasında Məsud Pezeşkiyana təqdim edib.
Mühacirani bildirib ki, Əraqçi bu iclasda Nyu-York səfəri və diplomatik görüşləri barədə hesabat verib. Hesabata Tehranın Hörmüz boğazının açılması ilə bağlı şərtlərinin vasitəçilər yolu ilə çatdırılması da daxil olub. ABŞ-ın təklifinin alındığı bu məsləhətləşmələrdən sonra açıqlanıb.
Hökumət sözçüsü həmçinin Avropa və region ölkələrinin rəsmiləri ilə görüşlərdən və diplomatik səylərin davam etdiyindən xəbər verib. Lakin o, ABŞ-ın təklifinin məzmunu, Tehranın cavabı və ya danışıqların nə vaxt bərpa oluna biləcəyi barədə heç bir izahat verməyib.