İran milli futbol komandası Özbəkistan və Rusiyaya ardıcıl məğlubiyyətlərdən sonra FIFA-nın canlı reytinqində bir pillə geriləyərək dünyada 23-cü yerə düşüb. 22-ci pilləyə yüksələn Avstriya İranın yerini tutub.
Əmir Qələnuinin yetirmələri son iki yoldaşlıq görüşündə Özbəkistana 3:1, Rusiyaya isə 2:0 hesabı ilə uduzublar. İran 2023-cü ilin iyun ayından bəri FIFA-nın rəsmi reytinqində daim ilk 22 komanda sırasında yer alıb.
Bu mövqe 7 oktyabrda (15 mehr) açıqlanacaq rəsmi yenilənmədə təsdiqlənərsə, İran son üç ildən artıq müddətdəki ən aşağı mövqeyini qeydə alacaq.