Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İraqın baş naziri Əli əz-Zeydi sentyabrın 23-də Nyu-Yorkda görüşüblər. Tərəflər birgə bəyanatda təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.
Bu razılaşmaya əsasən, İraqın mərkəzi hökuməti Sincara tam nəzarəti öz üzərinə götürəcək və bu bölgədə qadağan olunmuş xarici silahlı qrupların mövcudluğuna son qoyulacaq. Bunun müqabilində Türkiyə qüvvələri Başika-Zilkan bazasını Bağdadın irəliləyişinə paralel olaraq və razılaşdırılmış qrafikə uyğun şəkildə mərhələli olaraq İraq federal hökumətinə təhvil verəcək.
Ankara və Bağdad həmçinin ticarət və investisiyaların genişləndirilməsi, eləcə də «İnkişaf yolu» layihəsinin sürətləndirilməsi barədə razılığa gəliblər.