"Turkish Airlines" inkişaf hədəflərinə çatmaq üçün "Boeing" şirkətindən 150 ədəd "737 MAX" təyyarəsi almaq qərarına gəlib. Bu təyyarələrdən 100-ü qəti, 50-si isə opsion şəklində sifariş edilib.
Təyyarələrin 2033-2037-ci illərdə təhvil verilməsi nəzərdə tutulur. Türkiyənin milli aviaşirkəti donanmanın genişləndirilməsi ilə bağlı yeni qərarını Türkiyə birjasının İctimai Məlumatlandırma Platformasında (KAP) açıqlayıb.