ArazNews
Ana Səhifə / Bölgə / "Kayhan" Fars körfəzi ərəb ölkələrini infrastrukturlarına hücumla hədələyib
Bölgə

"Kayhan" Fars körfəzi ərəb ölkələrini infrastrukturlarına hücumla hədələyib

"Kayhan" qəzeti İranın iqtisadi zərərlərinin ödənilməsi üçün Fars körfəzi ərəb ölkələrindən təzminat alınmasını tələb edib və bu ölkələr ödənişdən imtina edəcəyi təqdirdə onların infrastrukturlarının və iqtisadi maraqlarının hədəfə alına biləcəyi ilə hədələyib.

"Kayhan" qəzeti iddia edib ki, ABŞ-a və ya İsrailə öz ərazisindən və ya imkanlarından İrana qarşı əməliyyatlar üçün istifadə etməyə icazə vermiş ölkələr dəymiş zərərlərə görə məsuliyyət daşıyır və müharibə xərclərinin bir hissəsini ödəməlidirlər.

Qəzet yazıb ki, valyuta, dərman və kənd təsərrüfatı resurslarının çatışmazlığı, həmçinin sənayenin zədələnmiş avadanlıqlarının bərpası xərcləri ABŞ-la yanaşı, regionun ərəb ölkələri tərəfindən də qarşılanmalıdır.

"Kayhan" daha sonra hədələyici üslubda yazıb ki, ABŞ və ərəb ölkələri "təzminat ödəmək" və "iqtisadi maraqlarının və infrastrukturlarının məhv olması" arasında seçim etməlidirlər.