Bu təşkilat bildirir ki, "Fəlakətlərin memarları" adlı hesabat 270 nəfərlə aparılan müsahibələrə, iki mindən çox videonun araşdırılmasına, sızdırılmış sənədlərə, məhkəmə hökmlərinə və məhkəmə-tibb sübutlarına əsaslanır. Təqdim olunan siyahıda 62 təhlükəsizlik komandiri və Daxili İşlər Nazirliyinin 25 məmuru yer alır.
Beynəlxalq Əfv Təşkilatı həmçinin 56 uşaq da daxil olmaqla, 377 etirazçı və yolçunun ölümünü sənədləşdirib və bildirir ki, qeyri-fars xalqlar qurbanlar arasında qeyri-mütənasib paya malik olub. Təşkilat qətlləri, işgəncələri, məcburi yoxa çıxarmaları, təcavüzü, siyasi, cinsi, etnik və dini zəmində həbs və təqibləri bəşəriyyətə qarşı cinayət hesab edilə biləcək hallar sırasına daxil edib.
Beynəlxalq Əfv Təşkilatı BMT-dən və digər dövlətlərdən tələb edib ki, cinayət məsuliyyətinə cəlb etmək üçün beynəlxalq yollar, o cümlədən universal yurisdiksiyadan istifadə araşdırılsın. Hesabatda adı çəkilən şəxslərin cinayət məsuliyyəti son olaraq müəyyən edilmir və onların mümkün rolu ilə bağlı məhkəmə araşdırması tələb olunur.