İran İslam Respublikası bu gün dan yeri beş bəluc məhbusu edam edib. Onların şəxsiyyəti Yusuf Abil (27 yaşında, iki uşaq atası), Əsğər Peşahəng (34 yaşında, üç övlad atası), Əmanullah Nəzərxani, Haşim Rəxşani (34 yaşında, iki övlad atası) və Məhəmməd Musazəhi (34 yaşında, iki kiçik yaşlı övlad atası) kimi açıqlanıb.
Bu hökmlərin icrası ilə daha beş bəluc ailəsi başsız qalıb.
Əmanullah Nəzərxaninin adı dünən Zabol Mərkəzi Həbsxanasının təkadamlıq kameralarına köçürülən bəluc məhbuslarının siyahısında açıqlanmışdı. Bəluc fəalları media və fars dilli fəalların bəluc vətəndaşlarının edamlarına qarşı sükutunu tənqid edərək, bunu məqsədyönlü boykot adlandırıblar.