Bazar ertəsi günü ABŞ və İran İslam Respublikasının Hörmüz boğazında və regionun digər sularında gəmilərə qarşı qarşılıqlı hücumları gücləndirməsi ilə neftin qiyməti artıb. Bu inkişaf Yaxın Şərqdə neft təchizatında uzunmüddətli fasilə narahatlığını artırıb.
Reuters agentliyinin məlumatına görə, Brent markalı neftin qiyməti 79 sent artaraq bir barelə 97 dollar 7 sentə çatıb, ABŞ neftinin qiyməti isə 80 sent artaraq 92 dollar 28 sentdən əl-ələ keçib. Keçən həftə Brent neftinin qiyməti 7,8 faiz, ABŞ neftinin qiyməti isə təxminən 10 faiz artıb.
Gərginlik ABŞ Mərkəzi Komandanlığının (Sentkom) açıqlamasından sonra kəskinləşib. Açıqlamaya görə, ABŞ qüvvələri üç İran neft tankerini hədəf alıb. İslam İnqilabı Mühafizəçiləri Korpusu isə buna cavab olaraq Hörmüz boğazında üç neft tankerini və daha üç ABŞ gəmisini hədəf aldığını iddia edib.