ArazNews
Ana Səhifə / İnsan Haqları / Uzaqdan çəkilmiş bir foto, edam hökmü: Bəndər-Abbas İnqilab Məhkəməsi 32 yaşlı xəstə qadını "yer üzündə fəsad törədən" adlandırdı
İnsan Haqları

Uzaqdan çəkilmiş bir foto, edam hökmü: Bəndər-Abbas İnqilab Məhkəməsi 32 yaşlı xəstə qadını "yer üzündə fəsad törədən" adlandırdı

Uzaqdan çəkilmiş bir foto, edam hökmü: Bəndər-Abbas İnqilab Məhkəməsi 32 yaşlı xəstə qadını

Bəndər-Abbas İnqilab Məhkəməsi 32 yaşlı siyasi məhbus Suda (Mərziyə) İbrahimi-Şəmsabadini "yer üzündə fəsad törətmək" ittihamı ilə edam cəzasına məhkum edib. Hərananın məlumatına görə, məhkəmə həmçinin onun bütün əmlakının müsadirəsinə və dövlət və ictimai xidmətlərdən daimi məhrum edilməsinə hökm verib.

Bu işdə təhlükəsizlik qurumlarının əsas sənədi bir raketin dəydiyi yerdən uzaq məsafədən çəkilmiş fotonun ölkədən kənardakı fars dilli media qurumlarına göndərilməsi olub. Onun digər ittihamları arasında düşmən dövlətlərin xeyrinə təhlükəsizlik əməliyyatı aparmaq, rəhbərliyə təhqir və ölkənin təhlükəsizliyinə qarşı media fəaliyyəti göstərmək var.

Əraq şəhərindən olan və Bəndər-Abbasda yaşayan bu qadın 1405-ci ilin fərvərdin ayında (2026-cı ilin martında), müharibə dövründə həbs olunub. O, altı ildir çoxlu skleroza (MS) tutulub, həmçinin psoriaz, narkolepsiya və ağır mədə kolikasından əziyyət çəkir. Məhkəmə orqanları son aylarda müharibə dövründə həbs olunan digər şəxsləri də casusluq və "məharibə" (dövlətə qarşı silahlı mübarizə) kimi ittihamlarla təqib altına alıb.