Təbriz mərkəzi həbsxanasında saxlanılan Cənubi Azərbaycan türk fəalı Əli Babayi barəsində Təbriz İnqilab Məhkəməsinin 1saylı şöbəsi (hakim Hemelbər) tərəfindən açılan yeni işdə onun "rejim əleyhinə təbliğat" ittihamı ilə mühakimə olunaraq 9 ay təziri həbs cəzasına məhkum edildiyi bildirilir.
Əldə edilən məlumatlara görə, Babayi 1405-ci il şəhrivər ayının 14-də (6 sentyabr 2026-cı il) Təbriz mərkəzi həbsxanasının 7saylı, "təhlükəsizlik və sağlamlıq bəndi" adlanan bölməsindən İnqilab Məhkəməsinə aparılıb və işə baxılan iclasdan sonra yenidən həbsxanaya qaytarılıb.
Bu Azərbaycan fəalı daha əvvəl "Demokratlar qrupunun üzvü olmaq" ittihamı ilə 2 il 9 ay, "milli təhlükəsizliyə qarşı yığıncaq və sui-qəsd" ittihamı ilə isə 3 il 7 ay həbs cəzasına məhkum edilmişdi. Yeni hökm nəzərə alınmaqla, ona qarşı çıxarılan cəzaların cəmi 7 il 1 aya çatır.
Azərbaycanlı fəallar Babayinin həbsdə olduğu müddətdə bu işin açılmasını Azərbaycanın milli və vətəndaş fəallarına qarşı təhlükəsizlik və məhkəmə təzyiqlərinin davamı kimi qiymətləndiriblər.