Azərbaycanlı fəal Əsgər Əkbərzadə bu gün, 1 sentyabr günü günorta Ərdəbilin Fatimi xəstəxanasından buraxıldıqdan sonra yenidən bu şəhərin mərkəzi həbsxanasına köçürülüb. O, daha əvvəl qarında güclü ağrı və davamlı qusma səbəbindən həbsxanadan xəstəxanaya göndərilmiş, aparılan analizlər və KT müayinəsindən sonra bağırsaq tıxanması və polip aşkarlanması nəticəsində cərrahiyyə əməliyyatına məruz qalmışdı.
Əməliyyata baxmayaraq, Əkbərzadə dərhal yenidən həbsxanaya qaytarılıb və onun fiziki vəziyyəti ilə həbsxanada davam edən müalicə prosesi ailəsini narahat edib. Bu azərbaycanlı fəal cari ilin 28 iyun tarixindən Siyamək Mirzəyi və Əli Vasiqi ilə birlikdə həbs olunub və hazırda Ərdəbilin mərkəzi həbsxanasında saxlanılır.