Türkiyənin Xarici İşlər Nazirliyi husilərin Səudiyyə Ərəbistanına qarşı son həmlələrini ən qəti şəkildə pisləyib. Ankara yaydığı bəyanatda bu həmlələrin mülki əhalinin təhlükəsizliyini nəzərə almadığını və regionda gərginliyi artırdığını bildirib.
Türkiyə bəyanatında Səudiyyə Ərəbistanının suverenliyinə və ərazi bütövlüyünə dəstəyini vurğulayıb. Nazirliyin yazdığına görə, husilərin həmlələri Yəmən müharibəsinə davamlı siyasi həll yolu ilə son qoymaq üçün aparılan diplomatik səyləri zəiflədir və dərhal dayandırılmalıdır.
Türkiyədən əvvəl Pakistan da Səudiyyə Ərəbistanına dəstəyini açıqlamışdı; bu proses "Məkkə paktı"nın Yəmən müharibəsi meydanına qoşulma ehtimalını gündəmə gətirib.