ArazNews
Ana Səhifə / Bölgə / Ankaranın F-35-ə qayıdış üçün yeni formulu: İsrailin etirazı Türkiyənin S-400-lərinin BƏƏ-yə ötürülməsini dayandırıb
Bölgə

Ankaranın F-35-ə qayıdış üçün yeni formulu: İsrailin etirazı Türkiyənin S-400-lərinin BƏƏ-yə ötürülməsini dayandırıb

Ankaranın F-35-ə qayıdış üçün yeni formulu: İsrailin etirazı Türkiyənin S-400-lərinin BƏƏ-yə ötürülməsini dayandırıb

"Haber7"nin məlumatına görə, Türkiyə və Rusiya Türkiyəyə məxsus S-400 sistemlərinin Birləşmiş Ərəb Əmirliklərinə ötürülməsi barədə razılığa gəlmişdilər. Ankara bu addımla ABŞ-ın CAATSA sanksiyalarının ləğvinə və F-35 qırıcı proqramına qayıdışa yol açmaq istəyirdi.

Məlumata əsasən, İsrail BƏƏ-yə bu sistemləri almaması üçün təzyiq göstərib. Bu etirazın səbəbi kimi İsrailin Türkiyənin F-35 proqramına qayıtmasından narazılığı göstərilir.

Türkiyə qəzeti yazıb ki, Ankara hazırda İsrailin etirazını aradan qaldırmaq üçün yeni formul hazırlayıb. "Haber7"nin yazdığına görə, bu plan ABŞ-ın dəstəyini qazana bilər.