İslam Respublikasının məmurlarının benzin qiymətinin "islahatı" barədə son açıqlamaları, yanacaq qiymətinin yenidən artırılması və maaşla çalışanlara daha böyük iqtisadi təzyiqin tətbiq edilməsi ilə bağlı narahatlıqları artırıb.
İLNA xəbər agentliyinin məlumatına görə, prezident icraiyyə müavini Möhəmmədcəfər Qaimpənah cari benzin qiymətini "ədalətli" hesab etmədiyini bildirib və yanacaq subsidiyası sisteminin islahata ehtiyacı olduğunu deyib. Bu sözlər əmək və qulluqçu fəallarının reaksiyası və tənqidi ilə qarşılaşıb.
Dövlət qulluqçularının həmkarlar ittifaqı fəalı Mehdi Cahanbəxşi xəbərdarlıq edib ki, xalqın güzəran vəziyyəti nəzərə alınmadan yanacaq qiymətinin artırılması nəqliyyat xərclərini və mal-xidmət qiymətlərini yüksəldəcək və ən böyük təzyiq işçilərin, qulluqçuların və aztəminatlı ailələrin üzərinə düşəcək.
O, həmçinin hökumətin iqtisadi siyasətini tənqid edərək bildirib ki, iqtisadiyyata yeni bir zərbə vurulmazdan əvvəl yanacaq qiymətinin artırılmasının xalqın həyatına birbaşa və dolayı təsirləri araşdırılmalıdır.