ArazNews
Ana Səhifə / İran / Rusiya səfirliyi diplomatlarının və nüvə mütəxəssislərinin İranı tərk etməsi barədə xəbərləri təkzib edib
İran

Rusiya səfirliyi diplomatlarının və nüvə mütəxəssislərinin İranı tərk etməsi barədə xəbərləri təkzib edib

Rusiya səfirliyi diplomatlarının və nüvə mütəxəssislərinin İranı tərk etməsi barədə xəbərləri təkzib edib

Rusiyanın Tehrandakı səfirliyi diplomatik heyətin və Buşehr atom elektrik stansiyasında çalışan rusiyalı mütəxəssislərin İranı tərk etməsi barədə xəbərləri rədd edib. Səfirlik bu əməkdaşların təxliyəsi ilə bağlı heç bir planın olmadığını və fəaliyyətin adi qaydada davam etdiyini bildirib.

Azərbaycanın APA agentliyinin xəbərinə görə, Rusiya səfirliyi oktyabrın 24-də, şənbə günü yaydığı bəyanatda vurğulayıb: «Nə səfirlik əməkdaşları, nə də Buşehr atom elektrik stansiyasındakı rusiyalı mütəxəssislər İranı tərk etmir». Səfirlik öz əməkdaşlarının təxliyəsi ilə bağlı yayılan xəbərləri yanlış adlandırıb.

Qeyd edək ki, ABŞ və İsrailin İslam Respublikasına qarşı müharibəsi zamanı Rusiya Buşehr stansiyasından yüzlərlə əməkdaşını çıxarmışdı. Rusiyalı mütəxəssislərin mərhələli şəkildə geri qayıtması prosesi isə avqust ayında başlayıb.