ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş kəşfiyyat zabiti Devid Qruş iddia edib ki, Vaşinqton qəzaya uğramış "uçan boşqablardan" "canlı qeyri-insan varlıqlar" əldə edib.
Qruş iddia edib ki, ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyni bu məsələ ilə bağlı məxfi proqramda birbaşa rol oynayıb və "Dart Veyder" ləqəbi ilə tanınıb.
Qruş daha əvvəl də mənşəyi iddia edilən "qeyri-insan" olan uçan aparatların əldə edilməsi və araşdırılması üçün ABŞ-ın məxfi proqramlarının mövcudluğundan danışmışdı. Onun yeni iddiaları hələ ki müstəqil şəkildə təsdiqlənməyib.