ArazNews
Ana Səhifə / Dünya / Yəmən husilərə xəbərdarlıq edib: yeni hücumlar «cavabsız qalmayacaq»
Dünya

Yəmən husilərə xəbərdarlıq edib: yeni hücumlar «cavabsız qalmayacaq»

Yəmən husilərə xəbərdarlıq edib: yeni hücumlar «cavabsız qalmayacaq»

Yəmənin Prezidentlik Şurasında məsul bir mənbə xəbərdarlıq edib ki, husilərin limanlara, iqtisadi obyektlərə, mülki ərazilərə və beynəlxalq gəmiçilik xətlərinə hücumlarını davam etdirməsi dövlət qüvvələrinin cavab tədbirləri ilə qarşılaşacaq.

Yəmənin rəsmi Səba xəbər agentliyinə istinadən, həmin məsul şəxs bildirib ki, Yəmənin silahlı qüvvələri təhdid mənbələri ilə mübarizə üçün "münasib və qanuni tədbirlər" görəcək və husilər öz hücumlarını davam etdirmələrinin nəticələrinə görə məsuliyyət daşıyacaqlar.

O, husilərin sərhədkənarı hücumlarını Yəmənin və qonşu ölkələrin milli təhlükəsizliyinə qarşı təhdid kimi qiymətləndirib və vurğulayıb ki, bu addımlar beynəlxalq sülh və təhlükəsizliyə də mənfi təsir göstərir.