ArazNews
Ana Səhifə / İran / Əhvazda Sosial Təminat təqaüdçüləri şiddətli isti altında küçəyə çıxdılar
İran

Əhvazda Sosial Təminat təqaüdçüləri şiddətli isti altında küçəyə çıxdılar

Əhvazda Sosial Təminat təqaüdçüləri şiddətli isti altında küçəyə çıxdılar

Əhvazda onlarla Sosial Təminat təqaüdçüsü Xuzistan Sosial Təminat Baş İdarəsinin qarşısında toplaşaraq gecikdirilmiş maaşlarının ödənilməsini tələb ediblər. Aksiya Əhvazda havanın son dərəcə isti olduğu şəraitdə keçirilib, buna baxmayaraq etirazçılar səslərini məsullara çatdırmaq üçün küçədə qalmaqda davam ediblər.

Etirazçılar ərzaq və dərman məhsullarının bahalaşmasını, habelə alıcılıq qabiliyyətinin fasiləsiz azalmasını narazılıqlarının əsas səbəbləri kimi qeyd ediblər. Sosial Təminat təqaüdçüləri son aylarda İranın müxtəlif şəhərlərində bir neçə dəfə oxşar aksiyalar keçirərək maaşların həyat baha­lığına uyğun artırılmasını və tələblərinin vaxtında ödənilməsini tələb ediblər.