ArazNews
Ana Səhifə / İran / Bir mədhiyyəçinin qətli barədə hökumət mənbələrinin yeni versiyası; gənc bloger işin əsas şübhəlisi kimi təqdim olundu
İran

Bir mədhiyyəçinin qətli barədə hökumət mənbələrinin yeni versiyası; gənc bloger işin əsas şübhəlisi kimi təqdim olundu

Bir mədhiyyəçinin qətli barədə hökumət mənbələrinin yeni versiyası; gənc bloger işin əsas şübhəlisi kimi təqdim olundu

İranın daxili mətbuatı xəbər verib ki, rejim mədhiyyəçisi Həmidrza Rəcəbzadə təxminən 15 gün əvvəl itkin düşüb. Dörd gün əvvəl onun zədələnmiş cəsədinin görüntüləri internetdə yayılıb.

Detektivlərin iddiasına görə, bir qadın əvvəlcədən planlaşdırma ilə mədhiyyəçini kimsəsiz bir məhəlləyə çəkib, zəhərli qida ilə onu huşdan salıb. Sonra beş kişinin şərikliyi ilə onu bıçaq zərbələri ilə öldürüb, cəsədi isə Pərənd yaxınlığındakı səhralıqda yandırıblar.

Polis iddia edib ki, şübhəlilər cinayət səhnəsini lentə alıb və onu pul müqabilində İslam Respublikasına qarşı olan bir telekanala göndəriblər. Tutulanların sözlərinə görə, işin əsas şübhəlisi qətldən sonra qaçıb gizlənib.