ArazNews
Ana Səhifə / İran / Mövsümi Rzayinin Ali Milli Təhlükəsizlik Şurasına təyinatı: dövlət KİV-ləri xəbəri neçə dəqiqə sonra silib
İran

Mövsümi Rzayinin Ali Milli Təhlükəsizlik Şurasına təyinatı: dövlət KİV-ləri xəbəri neçə dəqiqə sonra silib

Mövsümi Rzayinin Ali Milli Təhlükəsizlik Şurasına təyinatı: dövlət KİV-ləri xəbəri neçə dəqiqə sonra silib

Bir sıra dövlət KİV-ləri bazar günü, 9 avqustda, Möctəba Xameneyinin hərbi müşaviri Mövsün Rzayinin İran İslam Respublikasının rəhbərinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi kimi təyin edildiyini xəbər verib. Bu xəbər həmin KİV-lərin saytlarından bir neçə dəqiqə sonra silinib.

Sipah Passdaranla əlaqəli Tesnim agentliyi "eşidilənlərə" istinadən yazıb ki, bu təyinatla Rzayi və Səid Cəlili Möctəba Xameneyinin bu şuradakı iki nümayəndəsi olacaqlar. Tesnim bir neçə dəqiqə sonra materialı öz Telegram kanalından silib.

Mehr, İsna və Camaran KİV-ləri də Rzayinin təyinatı haqqında xəbəri yayımlayıb, qısa müddət sonra silib.

Bu xəbərin tələsik yayılması və silinməsi elə günlərdə baş verib ki, İslam Respublikasının strukturunda ABŞ ilə danışıqlar prosesi, o cümlədən nüvə məsələsi və Hörmüz boğazının perspektivi ətrafında fikir ayrılıqları güclənib.