Türkiyə Böyük Millət Məclisi "Terrorsuz Türkiyə" prosesinin çərçivə qanununu qəbul edib. Qanun məclisin ümumi iclasında 468 lehinə, 88 əleyhinə və 6 bitərəf səslə qəbul edilib, onun bütün maddələri təsdiqlənib.
Sərhədlərdən kənarda silahların təhvil alınması Türkiyə Silahlı Qüvvələrinin, ölkə daxilində isə polis və jandarmanın öhdəsindədir. PKK-nın xaricdəki üzvləri şəxsən və ya vəkilləri vasitəsilə diplomatik nümayəndəliklərə müraciət edə bilərlər, təslim olmayan şəxslər isə şəhərlərdə fərdi və ya qrup halında təslim ola bilərlər.
Silahların tam təhvil verilməsi və bu təşkilatın tam olaraq buraxılması təsdiqləndikdən sonra Türkiyənin Milli Təhlükəsizlik Şurası yekun qərarı qəbul edəcək.