İranın xarici işlər naziri Abbas Əraği bildirib ki, Omana səfəri zamanı həmin ölkənin xarici işlər naziri Bədr əl-Busəidi ilə İran və ABŞ arasındakı anlaşma çərçivəsində Hormuz boğazından gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün «müvafiq mexanizmlər» barədə danışıqlar aparıb.
Əraği siyasi-hüquqi heyətin başçısı kimi Məskətə səfər edib və oman həmkarı ilə görüşdə Tehranın bölgədə gərginliyin artırılmasının qarşısını almaq üçün diplomatik yollardan istifadə mövqeyini vurğulayıb.
İranın xarici işlər naziri həmin görüşdə deyib: «İran və ABŞ arasındakı İslamabad anlaşma memorandumunun tam icra edilməsi ilə bölgədəki təhlükəsizlik vəziyyətinin yaxşılaşmasına şahid olacağımıza ümid edirik.»
Əraginin Omanın paytaxtına səfəri ABŞ-ın İslam Respublikasından Hormuz boğazının beynəlxalq gəmiçiliyə açıq saxlanacağına dair açıq öhdəlik tələb etməsindən bir gün sonra baş tutub.
Beynəlxalq xəbər mənbələrinin məlumatına görə, Vaşinqton bu məsələdə İslam Respublikasının rəsmilərinə şənbə gününə qədər öz mövqelərini bəyan etmək üçün möhlət verib.