İran İslam Respublikası hökumətinin sözçüsü Fatimə Mühacirani bildirib ki, hazırkı şəraitdə 1500 və 3000 tümənlik benzin normaları saxlanılır və indiyədək benzinin qiymətinin artırılması ilə bağlı heç bir qərar qəbul edilməyib.
Mühacirani deyib ki, əgər hökumət gələcəkdə benzinin qiymət strukturunda və ya normalaşdırılmasında hər hansı dəyişiklik etsə, bu dəyişiklik tədricən və "yumşaq meyllə" həyata keçiriləcək ki, onun sözlərinə görə, bu, xalqın həyatına və güzəranına şok təsir göstərməsin.
Hökumət sözçüsünün "indiyədək heç bir qərar qəbul edilməyib" ifadəsinə vurğu etməsi onu göstərir ki, qiymətin və ya normalaşdırmanın islahatı ilə bağlı layihələrin araşdırılması dayandırılmayıb, sadəcə hələ heç bir yekun layihə təsdiq olunmayıb. Hökumət daha əvvəl aylıq 3000 tümənlik benzin normasını 70 litrdən 50 litrə endirmişdi.