ArazNews
Ana Səhifə / Bölgə / Rubio: Livan məsələsi İrandan ayrıdır
Bölgə

Rubio: Livan məsələsi İrandan ayrıdır

Rubio: Livan məsələsi İrandan ayrıdır

ABŞ Dövlət katibi Marko Rubio Livanın müstəqilliyini vurğulayaraq bildirib ki, Livan məsələsini İranla əlaqələndirmək olmaz, çünki Livan öz hökuməti və hakimiyyət strukturları olan müstəqil bir dövlətdir.

Rubio açıqlamasında deyib: «Livan məsələsi İrandan ayrıdır, çünki Livan öz hökuməti olan müstəqil bir ölkədir.»

O əlavə edib ki, ABŞ öz əlaqə və danışıqlarını birbaşa Livan hökuməti ilə aparmağı, ikitərəfli münasibətlər çərçivəsində bu ölkənin rəsmi vəzifəliləri ilə əməkdaşlıq etməyi nəzərdə tutur.

ABŞ Dövlət katibi həmçinin vurğulayıb: «Livanın gələcəyi Livan xalqına məxsusdur və bu gələcək onların seçilmiş, müstəqil hökuməti vasitəsilə müəyyən edilməlidir.»