ArazNews
Ana Səhifə / Xəbər / Qrosi: İranın zənginləşdirilmiş uranının ölkədən çıxarılması mümkündür, Qazaxıstan qəbul etməyə hazırdır
Xəbər

Qrosi: İranın zənginləşdirilmiş uranının ölkədən çıxarılması mümkündür, Qazaxıstan qəbul etməyə hazırdır

Qrosi: İranın zənginləşdirilmiş uranının ölkədən çıxarılması mümkündür, Qazaxıstan qəbul etməyə hazırdır


Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrosi İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən kənara çıxarılmasının texniki baxımdan mümkün olduğunu bildirib.

Araz News-un məlumatına görə, Qrosi Əl-Cəzirəyə müsahibəsində İranın 60 faiz zənginləşdirilmiş təxminən 440 kiloqram uran ehtiyatının başqa ölkəyə daşınmasının mürəkkəb texniki proses olduğunu, lakin bunun qeyri-mümkün sayılmadığını deyib. O, həmçinin bu ehtiyatların zənginləşdirmə səviyyəsinin aşağı salınması variantının da nəzərdən keçirildiyini bildirib.


Qrosi vurğulayıb ki, Agentlik İranla ABŞ arasında aparılan danışıqlarda birbaşa iştirak etmir, lakin hər iki tərəflə əlaqə saxlayaraq mümkün razılaşmanın texniki baxımdan həyata keçirilməsinə dəstək verməyə çalışır.


BAEA rəhbəri bundan əvvəl də Financial Times-a açıqlamasında Qazaxıstanın Tehran və Vaşinqton arasında razılaşma əldə olunacağı təqdirdə İranın zənginləşdirilmiş uran ehtiyatlarını qəbul etməyə hazır olduğunu bildirmişdi.


İranın 60 faiz zənginləşdirilmiş uran ehtiyatlarının taleyi hazırda Tehran və Vaşinqton arasında davam edən danışıqların ən həssas və əsas mövzularından biri hesab olunur. ABŞ Prezidenti Donald Tramp isə dəfələrlə bu materialların İran ərazisindən çıxarılmasının vacibliyini vurğulayıb.