Şərqi Azərbaycan Apellyasiya Məhkəməsi Azərbaycan Milli Hərəkatının fəalları Əmin Təqizadə, Səməd Heydəri və Rza Səlimi barəsində çıxarılmış həbs hökmünü olduğu kimi təsdiqləyib.
Məlumata görə, Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsinin qərarı ilə hər bir fəal “ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədilə əlbir olmaq və sövdələşmə” ittihamı ilə 3 il 7 ay, “rejim əleyhinə təbliğat aparmaq” ittihamı ilə isə 8 ay azadlıqdan məhrum edilib. Üç fəal barəsində çıxarılan hökmlərin ümumi müddəti 12 il 9 ay təşkil edir.
Əmin Təqizadə, Səməd Heydəri və Rza Səlimi 22 yanvar 2025-ci ildə Təbrizdə ETTELAAT əməkdaşları tərəfindən saxlanılmışdılar. Məlumatlara görə, onların iş yerlərində və evlərində həyata keçirilən saxlanılmalar zamanı zorakılıq tətbiq olunub.
Fəallar ETTELAAT-ın təcridxanası ilə Təbriz həbsxanası arasında bir neçə dəfə köçürüldükdən sonra, 6 fevral 2025-ci ildə hər biri üçün müəyyən edilmiş 1 milyard tümənlik girov qarşılığında Təbriz Mərkəzi Həbsxanasından azadlığa buraxılmışdılar.