şənbə, 28 noyabr 2026
Azərbaycan

Təbrizdə hava qırmızı vəziyyətdədir: bəzi ərazilərdə çirklənmə indeksi 190-a çatıb

Təbrizdə hava qırmızı vəziyyətdədir: bəzi ərazilərdə çirklənmə indeksi 190-a çatıb

Təbrizdə atmosfer çirkləndiricilərinin qatılığı artıb. Bu səbəbdən meqapolisin hava keyfiyyəti indeksi azər ayının 7-si, şənbə günü günortadan sonra 153-ə çatıb və bütün əhali qrupları üçün qeyri-sağlam sayılan qırmızı həddə keçib.

Onlayn hava keyfiyyəti xəritəsindəki son məlumatlara görə, çirklənmənin səviyyəsi Təbrizin müxtəlif ərazilərində fərqlidir. Şəhərin şərq və cənub-şərq hissələrinin bəzi ərazilərində çirklənmə indeksi 190-a çatıb. Bu rəqəm "çox qeyri-sağlam" həddindən cəmi 11 vahid aşağıdır.

Belə şəraitdə bütün sakinlər havanın çirklənməsinin zərərli təsirinə məruz qalır, tənəffüs problemlərinin yaranması, ürək və ağciyər xəstəliklərinin kəskinləşməsi ehtimalı artır. Vətəndaşlara, xüsusilə uşaqlara, yaşlılara, hamilə qadınlara və xroniki xəstəlikləri olan şəxslərə zərurət olmadıqca bayıra çıxmamaq və açıq havada uzun müddət fiziki fəaliyyətlə məşğul olmamaq tövsiyə edilir.

Bu xəbəri paylaşın