ABŞ prezidenti Donald Tramp Cey Di Vens və Marko Rubionu 2028-ci il prezident seçkiləri üçün önə çıxan simalar kimi təqdim edib, lakin «sürpriz» ehtimalına işarə edərək onlardan birini qəti şəkildə dəstəkləməkdən imtina edib.
Fox News və Bloomberg-ə istinadən xəbər verilir ki, Tramp Fox News-a müsahibəsində vitse-prezident və dövlət katibinin fəaliyyətini yüksək qiymətləndirərək deyib: «Hər ikisi çox populyardır və möhtəşəm iş görürlər.»
O, həmçinin vurğulayıb ki, respublikaçıların başqa layiqli simaları da var və gələcək seçkilərdə gözlənilməz hadisələr baş verə bilər.
Bu açıqlamalar Trampın siyasi varisi ilə bağlı fərziyyələrin artdığı bir vaxtda səslənib. Rubio daha əvvəl Vensin mümkün namizədliyini dəstəkləmişdi, lakin yeni məlumatlar onun 2028-ci il seçkiləri ilə bağlı tonunun dəyişdiyindən xəbər verir.