Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Al Nəhyan ABŞ-ın daxili təhlükəsizlik naziri Markueyn Mullin ilə görüşüb. Görüşdə Yaxın Şərqdəki proseslər və iki ölkə arasında strateji əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
BƏƏ-nin rəsmi xəbər agentliyinin məlumatına görə, tərəflər noyabrın 21-də, şənbə günü Əbu-Dabidə ikitərəfli münasibətlərin gücləndirilməsi yollarını, eləcə də regional böhranların həlli istiqamətində davam edən səyləri nəzərdən keçiriblər.
Görüş Yaxın Şərqdə gərginliyin davam etdiyi vaxtda keçirilib. Lakin BƏƏ-nin rəsmi bəyanatında konkret regional məsələnin adı çəkilməyib, iki ölkə arasında hər hansı yeni razılaşmadan da bəhs edilməyib.