bazar, 22 noyabr 2026
Dünya

The Jerusalem Post: Ayzenkot danışıqlar uğursuz olarsa azlıq hökuməti qurmağa çalışacaq

The Jerusalem Post: Ayzenkot danışıqlar uğursuz olarsa azlıq hökuməti qurmağa çalışacaq

"The Jerusalem Post" qəzetinin məlumatına görə, Qadi Ayzenkotun rəhbərlik etdiyi "Yaşar" partiyası koalisiya danışıqları nəticə verməsə, 6 dekabradək azlıq hökumətini Knessetin səsverməsinə çıxarmaq niyyətindədir. Ayzenkot danışıqları uzatmaq fikrində olmadığını bildirib.

İsrail Prezidenti İsaak Hersoq növbəti hökumətin formalaşdırılması səlahiyyətini Ayzenkota həvalə edib. Onun 28 günlük vaxtı var və bu müddət daha 14 günədək uzadıla bilər.

Ayzenkot və Benyamin Netanyahu hazırda hökumət qurmaq uğrunda bir-biri ilə rəqabət aparır.

İki ərəb partiyası – Birgə Siyahı və Raam ümumilikdə 19 mandat qazanıb. "The Jerusalem Post"un yazdığına görə, bu mandatlar növbəti hökumətin formalaşmasında həlledici rol oynaya bilər.

Bu xəbəri paylaşın