Xoy Tibb Elmləri Fakültəsinin rəhbəri Həmidrza Ömrani İSNA agentliyinə bildirib ki, şəhristanda 20 nəfər əl üsulu ilə hazırlanmış saxta spirtli içkilərdən zəhərlənib. Onlardan 3 nəfəri indiyədək həyatını itirib, 7 nəfər isə ağır zəhərlənmə səbəbindən reanimasiya şöbəsində müalicə alır.
Ömrani zəhərlənənlərin sayının arta biləcəyindən narahat olduğunu deyib. O, əhalini heç bir halda əl üsulu ilə hazırlanmış və şübhəli içkilər qəbul etməməyə çağırıb. Bu içkilərdən içənlər isə heç bir əlamət olmasa belə, dərhal ən yaxın xəstəxanaya müraciət etməlidirlər.
Xoy Tibb Elmləri Fakültəsinin rəhbərinin sözlərinə görə, metanol zəhərlənməsinin əlamətləri gec üzə çıxa bilər. Müalicənin gecikməsi görmə pozğunluğuna, korluğa, böyrək çatışmazlığına və hətta ölümə səbəb ola bilər.