şənbə, 28 noyabr 2026
İran

ABŞ maliyyə nazirinin proqnozuna bir addım qaldı: dollar bir gündə 5 min tümən bahalaşaraq 299 min tümənə çatıb

ABŞ maliyyə nazirinin proqnozuna bir addım qaldı: dollar bir gündə 5 min tümən bahalaşaraq 299 min tümənə çatıb

ABŞ dolları şənbə günü, noyabrın 28-də təxminən 5 min tümən bahalaşaraq 299 min tümənə çatıb və valyuta bazarında yeni rekord qeydə alınıb. Bu rəqəm ABŞ-ın maliyyə naziri Skott Bessentin proqnozundan cəmi min tümən fərqlənir. Bessent avqustun 25-də, dollar 200 min tüməni təzəcə keçdiyi vaxt X sosial şəbəkəsində «300 min tümənlik dollar yoldadır» deyə yazmışdı.

Həmin proqnozdan bəri dolların qiyməti 45 faiz artıb. Dolların riala qarşı məzənnəsi təkcə son bir həftədə 11 faiz, son bir ildə isə 160 faizdən çox yüksəlib.

Mərkəzi Bankın sədri Əbdülnasir Həmməti bu ardıcıl sıçrayışlara münasibət bildirərək «xarici təzyiqlərə qarşı dayanmağın bədəli var» deyib. O, əvvəlki iddialarını təkrarlayaraq Mərkəzi Bankın «kifayət qədər nağd valyuta ehtiyatına» malik olduğunu və bazara «məqsədyönlü müdaxilə» üçün hazır olduğunu bir daha iddia edib.

Bu xəbəri paylaşın