Noyabrın ikinci yarısında İranın müxtəlif bölgələrində yüzlərlə insan saxta və evdə hazırlanmış spirtli içki qəbul etdikdən sonra xəstəxanaya yerləşdirilib, ən azı onlarla nəfər həyatını itirib. Tibb elmləri universitetləri və yerli media 27 noyabr, cümə günü səhərə qədər ölkənin bir neçə bölgəsində eyni vaxtda qurbanlar olduğunu xəbər verib.
Bir neçə əyalətdə tibb elmləri universitetlərinin rəsmiləri ölənlərin sayının artdığını və bir neçə beyin ölümü halının da qeydə alındığını bildiriblər. Bu içkilərin tərkibində olan zəhərli sənaye spirti metanol zəhərlənənlərin çoxunda ciddi fəsadlara yol açıb.
Görmə qabiliyyətinin zədələnməsi və böyrək çatışmazlığı bu fəsadlar sırasındadır, bir sıra xəstələr isə dializə ehtiyac duyub.