Çinli hərbi tədqiqatçılar xəbərdarlıq ediblər ki, ABŞ-ın süni intellekt sahəsindəki irəliləyişi bu ölkənin nüvə raketlərinin aşkarlanmasını və məhv edilməsini asanlaşdırır. "The New York Times" qəzetinin məlumatına görə, Pekin ABŞ ilk zərbə endirəcəyi təqdirdə cavab vermək imkanını itirəcəyindən narahatdır.
Hesabat Çinin hərbi və mülki tədqiqatçılarının 100-dən çox araşdırmasının təhlili əsasında hazırlanıb. Onlardan bəzilərinin xəbərdarlığına görə, hədəflərin daha sürətlə müəyyən edilməsi kəskin ssenaridə ilk zərbəni amerikalı qərar qəbul edənlər üçün daha real seçim kimi göstərə bilər.
Çin təxminən 320 raket şaxtası inşa edib. Amerika Alimləri Federasiyası bu ölkənin nüvə döyüş başlıqlarının sayını təxminən 620 olaraq qiymətləndirir. ABŞ və Rusiyanın hər birinin təxminən 1800 yerləşdirilmiş döyüş başlığı var. Si Cinpin hələ də Trampın silahlara nəzarət öhdəliklərinə qoşulmaq çağırışını qəbul etməyib.