çərşənbə axşamı, 24 noyabr 2026
Dünya

"Financial Times": Pentaqon Ukraynaya təxminən 60 "Patriot" raketinin təhvilini təxirə salıb

"Financial Times": Pentaqon Ukraynaya təxminən 60 "Patriot" raketinin təhvilini təxirə salıb

ABŞ Müdafiə Nazirliyi Ukraynaya onlarla "Patriot" ələ keçirici raketinin təhvilini ləngidib. Bu addım Kiyevin Rusiyanın raket hücumlarına qarşı müdafiə imkanları ilə bağlı narahatlığı artırıb.

"Financial Times"ın məlumatına görə, üç məlumatlı mənbə bildirib ki, əvvəlcədən Ukraynaya göndərilməsi nəzərdə tutulan təxminən 60 "Patriot" ələ keçirici raketi hələ də Pentaqonun icazəsini gözləyir. Bu raketlərin bir hissəsi Avropa ölkələrinin anbarlarında saxlanılır.

Bu gecikmə Rusiyanın qış ərəfəsində Ukraynanın şəhərlərinə və həyati əhəmiyyətli infrastrukturuna raket hücumlarını gücləndirdiyi bir vaxta təsadüf edir.

Ukraynalı rəsmilər Vaşinqtonun bu silahların göndərilməsini ləngitməklə Rusiya ilə danışıqlarda Kiyevə təzyiqi artırmağa çalışacağından narahatdırlar. Bununla belə, Pentaqon ABŞ-ın Ukraynaya dəstək siyasətində dəyişiklik olmadığını açıqlayıb.

Bu xəbəri paylaşın